Bakıda minik avtomobili qatarla toqquşub, ölən və xəsarət alan var
- 11.11.2016, 10:25,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakıda minik avtomobili yük qatarı ilə toqquşub.
APA-nın məlumatına görə, hadisə Xəzər rayonunda, Qala yolunda qeydə alınıb. Bakı şəhər sakini, 27 yaşlı Vahid Ələkbərovun idarə etdiyi “VAZ-21074” markalı, 90 HH 778 dövlət nömrə nişanlı avtomobil yük qatarına çırpılıb. Nəticədə minik maşınının sərnişini, 49 yaşlı Akif Alıyev hadisə yerində ölüb.
Sürücü V. Ələkbərov isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.