Qubada atasını qətlə yetirən oğul saxlanılıb

Qubada atasını qətlə yetirən oğul saxlanılıb Quba sakininin oğlu tərəfindən qətlə yetirildiyi məlum olub.

APA-nın məlumatına görə, Sərxan Heydərov Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində tutularaq istintaqa təhvil verilib.

Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.


****

Qubada qətl hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

Quba şəhər sakini Siyavuş Heydərov bıçaqlanaraq qətlə yetirilib.

Ölən şəxsin meyiti Quba Şəhər Mərkəzi Xəstəxanasının morquna təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri