Bu il yol-hərəkəti qaydaları pozuntusuna görə 61,3 milyon manat cərimə tətbiq edilib

2016-cı ilin yanvar-sentyabr aylarında yol-hərəkəti qaydaları əleyhinə 2231,6 min və ya 2015-ci ilin eyni dövrü ilə müqayisədə 22,5 faiz çox inzibati xəta aşkarlanıb.

Bu barədə APA-ya Dövlət Statistika Komitəsindən APA-ya bildirilib. Məlumata görə, xətaların 51,8 faizi yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması, 10,7 faizi dayanma və ya durma qaydalarının pozulması, 4,5 faizi yol ayrıcını keçmə, 4,2 faizi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, 4,2 faizi təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması, qalan hissəsi isə digər səbəblərlə əlaqədardır. Qaydaların pozulmasına görə 61,3 milyon manat məbləğində cərimə tətbiq edilib.
Şərhlər
Sosial bölməsinin xəbərləri