Azərbaycanda 34 nəfər narkotikdən istifadə nəticəsində ölüb

Azərbaycanda ötən il ərzində narkotik vasitələrin istifadəsi nəticəsində 34 nəfər dünyasını dəyişib.


APA-nın məlumatına görə, bu barədə Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin yaydığı illik hesabatda bildirilib.



Qeyd olunub ki, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin şəhər və rayon şöbələri üzrə ötən il ərzində narkotik və psixotrop maddələrin aşkar olunması məqsədilə 911 müayinə aparılıb. Müayinələr zamanı 77 halda narkotik və psixotrop maddələr aşkar edilib, onlardan 34 halda narkotik və psixotrop maddələrin təsirindən ölüm baş verib. 37 halda isə narkotik və psixotrop maddələr aşkar edilsə də, ölümlərin başqa səbəbdən baş verməsi müəyyən edilib. Bunlardan əlavə, 6 halda canlı şəxslərin müayinəsi zamanı narkotik və psixotrop maddələr aşkar olunub.
Şərhlər
Hadisə bölməsinin xəbərləri