Yeni Zelandiya sahillərində zəlzələ sunami dalğaları yaradıb
- 13.11.2016, 21:07,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün Yeni Zelandiya sahillərində baş verən zəlzələ 2 m hündürlükdə sunaminin yaranmasına yol açıb.
APA-nın məlumatına görə, bu barədə Yeni Zelandiyanın “Weather Watch” meteoroloji portalı məlumat yayıb.
Zəlzələnin gücünün isə 7,5 deyil, 7,9 maqnitudalı olduğu üzə çıxıb. Sunami paytaxt Vellinqton və Kaslpoynt rayonu sahillərində müşahidə edilir. Hazırda sunami dalğalarının hündürlüyü 2 metrdən az olsa da, yenə də təhlükəlidir. Vətəndaş Müdafiəsi və Fövqəladə Hallar İşləri üzrə Nazirlik bir sıra sahil şəhərlərində sunami təhlükəsi elan edib. Əhalinin hündür, təhlükəsiz yerlərə getməsi tövsiyyə edilib. Əhali paytaxt Vellinqtonu tərk edir.
***
Bu gün Yeni Zelandiya sahillərində 7,5 maqnitudalı zəlzələ baş verib.
APA-nın məlumatına görə, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələ ocağı 1.02 radələrində Amberli şəhərindən 63 km şərqdə, Kraystçerç şəhərindən 93 km şimal-şərqdə, 8 km dərinlikdə yerləşib. Dağıntı və tələfat barədə məlumat daxil olmayıb, sunami təhlükəsi elan edilməyib.