Tramp: “Üç milyonadək qeyri-qanuni mühacir ABŞ-dan deportasiya ediləcək” Böyüt

Üç milyonadək qeyri-qanuni mühacir ABŞ-dan deportasiya ediləcək

APA-nın xəbərinə görə, bunu ABŞ prezidenti seçilən Donald Tramp CBS telekanalına müsahibəsində bəyan edib.

“ABŞ-da qeyri-qanuni mühacir kimi yaşayan kriminal keçmişli şəxslər, narkotika alverçiləri, quldur dəstələrinin üzvləri deportasiya ediləcəklər. Belə insanların sayı çoxdur, təxminən 2-3 milyon nəfərdir. Mən bir daha qeyd etmək istəyirəm ki, söhbət ABŞ ərazisində qeyri-qanuni yaşayanlardan gedir”, deyə D.Tramp bildirib.

O həmçinin mühacirlərin qarşısının alınması üçün ABŞ-Meksika sərhəddində divar çəkilməsinin zəruriliyini vurğulayıb.
Şərhlər
Dünya bölməsinin xəbərləri