Sevdiyi qızı öldürən şəxsə 19 il həbs cəzası verilib
- 14.11.2016, 14:40,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 24 yaşlı qızı öldürməkdə təqsirləndirilən Cəfər Ağayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
APA-nın məlumatına görə, C. Ağayev 19 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, C. Ağayev 1992-ci il təvəllüdlü Səbinə Salayevaya 26 bıçaq zərbələri endirərək qətlə yetirib. C. Ağayev qətli törətməsinə səbəb kimi S. Salayevanın onu sevməməsini göstərib.