Bakıda yük maşını 14 yaşlı uşağı vuraraq öldürüb

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün səhər Maştağa qəsəbəsində qeydə alınıb. “Shacman” markalı yük maşını yolu keçən 14 yaşlı Səidi (soyadı məlum deyil) vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri