Beynəlxalq Cinayət Məhkəməsi ABŞ-ı Əfqanıstanda hərbi cinayətlərdə ittiham edib
- 15.11.2016, 11:58,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Beynəlxalq Cinayət Məhkəməsi ABŞ ordusu və Mərkəzi Kəşfiyyat İdarəsini Əfqanıstanda hərbi cinayətlər törətməkdə ittiham edib.
APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə illik ibtidai istintaqın nəticələri barədə hesabat verən BCM-nin prokuroru Fatu Bensuda bildirib.
“Mövcud məlumatlar ABŞ hərbçiləri, eləcə də MKİ əməkdaşlarının işgəncələrdən istifadə etdiklərini üzə çıxarıb. Amerikalılar lazımi məlumat əldə etmək üçün məhbuslara qarşı zorakılıq hallarına yol verib və qəddar rəftar ediblər”, F.Bensuda qeyd edib.
Onun sözlərinə görə, amerikalılar tərəfindən törədilən hərbi cinayətlərin əsas hissəsi 2003-2004-cü illərə aiddir.