"Ehtiyacı olanlar üçün soyunaram"
- 15.11.2016, 17:44,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"ARB Ulduz"da yayımlanan "Şou məkan" verilişinin qonağı olan müğənni Afaq Aslan maraqlı açıqlamalar verib.
İfaçı yardıcılığından danışıb: "Yaradıcılığıma fasilə versəm də, adım dillərdən düşmür. Bunu etiraf edirəm. Mənim mahnılarımdan çox, kliplərimdən çox xarici görkəmim, adım dillər əzbəridir. Xarici görünüşüm yaradıcılığımı kölgədə qoyur. Hansısa geyim mənim xoşuma gəlir və ya evdə otururam, özümü hansısa bir obrazda təsəvvür edirəm və deyirəm ki, mən bu obrazı canlandırmalıyam, bu geyimi geyinməliyəm. Həmin paltarı geyinirəmsə, səs-küy yaradırsa, o deməkdir ki, yəqin çox yaraşır mənə".
Afaq açıq-saçıq fotoların bitəndə, təqdim etməyə nəyisə qalmayanda necə gündəm yaradacağından söz açıb: "Şərt o deyil ki, soyunub lüt ekran qarşısında dayanasan. Elə cazibədar görünməlisən ki, insanlar düşünməməlidirlər ki, bundan artıq nə edə bilər. Mən çadra geyib idman zalına gedəsi deyiləm ki və yaxud çadra geyib çimərliyə gedəsi deyiləm ki? Hər yerin öz geyim forması var. Əgər bu qədər danışılırsa, deməli, mənə çox yaraşır".
Afaq ayaq tutub yeriyən "bir milyon versələr, soyunaram" sensasiyalı fikrinə də aydınlıq gətirib: "Xaricdə, xüsusilə Hollivud ulduzlarının yaradıcılığında belə bir məqam var ki, hansısa şirkət tərəfindən böyük bir qonorar təklif olunur, təxminən 1 milyon dollar, o qonorar müğənninin özünə çatmır, xeyriyyə məqsədilə istifadə olunur. Bu baxımdan demişəm ki, əgər belə bir şey Azərbaycanda olsaydı, 1 milyon verilsəydi, soyunardım".
Müğənniyə Türkiyədən, imtina edə bilməyəcəyi təklif də gəlib: "Bu yaxınlarda Türkiyədən serial çəkilişləri üçün təklif almışam. Təxminən, qonorar 1 milyona yaxındır. 1 milyon bizim üçün "anormal" rəqəm ola bilər. Ancaq xarici ölkələr üçün bu, normal rəqəmdir. Çəkiləcəyim serialda açıq-saçıq səhnələr, erotik səhnələr var. Mən bilirsiz ki, komplekssiz insanam. İncəsənət qurban tələb edir. Bu sənəti gərək o qədər sevəsən ki, heç bir kompoleksin olmasın. Ona görə də, mənə həvalə olunan bütün səhnələri canlandıracam".
Afaq onunla bir yedə olmaq üçün varından-dövlətindən keçənlərdən danışıb:"İnsanlar var ki, kompüter arxasında şirə, pələngə dönürlər, qınayırlar ki, bu, niyə soyundu? Ancaq mən realda bu münasibəti hiss etmirəm. Hətta biri bir dəfə yazmışdı ki, sizinlə bir görüş üçün hər şeyimdən keçərəm. Hətta avtomobilimi sizə hədiyyə verərəm. Bu qədər sevginin qarşılığında mən necə deyə bilərəm ki, insanlar məni sevmir və ya qınaq atəşinə tuturlar".
Milli.Az