“ARB Ulduz”un efirində yayımlanan “Şou məkan” verilişinin qonağı olan əməkdar artist Röya Ayxan maraqlı açıqlamalar verib.
“Qafqazinfo” nun məlumatına görə, Röya bildirib ki, o, musiqiləri ifa edərkən oradakı ab-havaya girə bilmir:
“Mən mahnını oxuduğum vaxt başa düşürəm ki, həmin mahnı hər kəsin ürəyinə girəcək, bu mahnı hitdir. Hamısını əvvəlcədən bilirəm. Ancaq bir müddət sonra özüm mahnının içinə girirəm. Bir neçə il sonra konsert zamanı, özümdən soruşuram ki, mən nə oxumuşam, bunu necə oxumuşam?”
Daha sonra Röya oğluna olan sevgisindən ağız dolusu danışıb:
“Əvvəl sevgi deyəndə ağlıma min şey gəlirdi. İndi ancaq oğlum gəlir. Başa düşürəm ki, ən böyük sevgilim odur. O da böyüyəcək, atacaq məni. Onunla gəzməyi xoşlayıram. Düzdür, o, dərslə bağlı çox ağır bir sistemdədir. Özü demişkən, deyir, elə bil, məni işə qoymusan. Səhər səkkizdə gedirəm, axşam altıda çıxıram. İstəmirəm onun ağlında başqa fikirlər olsun.
Şənbə və bazar günləri atası ilə gəzir. İstədiyi yeməkləri yeyir. Ancaq istəyirəm ki, digər vaxtlarda onun üçün dərs və məşqləri öndə olsun. O, səkkizdə dərsə gedir, mən yatıram. O, axşam altıda-yeddidə gəlir, doqquza kimi mən onunla birlikdə oluram, doqquzdan sonra isə əgər hansısa işim varsa, gedirəm. Şənbə və bazar günləri isə yenə onunla birlikdəyəm”.