Türkiyəli aktrisa Tramp haqda “Məni təpədən-dırnağa qədər süzərək...” -
- 16.11.2016, 14:15,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyəli aktrisa Banu Alkan qatıldığı televiziya proqramlarından birində ABŞ-ın yeni prezidenti Donald Trampla bağlı maraqlı etiraf edib.
“Qafqazinfo”nun “Posta” qəzetinə istinadən verdiyi məlumata görə, sənətçi Trampla 20 il öncə Mayamidə tanış olduğunu söyləyib.
“Bir dəvət üçün Mayamidəydim. Qaldığım hotelin baxçasındakı ot örtüyü həqiqətən də çox gözəl görünürdü. Lakin bir gün bu otluğun üzərində çadırlar qurulduğunu gördüm. Buna çox əsəbiləşdim və işçilərdən səbəbini soruşdum. Onlar isə dedilər ki, Nyu-Yorkdan məşhur iş adamı otelə gələcək, hazırlıqlar onun gəlişinə görə edilir.
O gün təşkil olunan mərasimə qatıldım. Tədbirin Donald Tramp üçün təşkil olunduğunun şahidi oldum. Onun yanına gedib otluqla bağlı şikayət edərək “Sizə görə otlar məhv oldu” dedim. O, məni təpədən dırnağa qədər süzərək “Gözəl xanım, o otluqlar sünidir, korlanmışların yerinə yenilərini qoya bilərik” dedi”.