Ayının toya hücumunun şok təfərrüatları [Foto][Video]

Ayının toya hücumunun şok təfərrüatları [Foto][Video] Kəndə hücum etməsinə səbəb balasının oğurlanması olub


Bir neçə gündür ki, Azərbaycanda əsas müzakirə mövzuna çevrilən ayının Şamaxıdakı toya müəmmalı hücumu ilə bağlı yeni detallar açıqlanıb. “Qafqazinfo” ayının rayonun Qala dərəsi kəndinə hücumunun təfərrüatlarını əldə edib. Məlum olub ki, ayının kəndə hücum etməsinə səbəb 3 balasının oğurlanması olub. Belə ki, kənd sakinlərindən Rəşid Nuriyev adlı şəxs ayının 3 balasından birini götürərək evinə gətirib. O, bunu ayını xoşladığı üçün etdiyini bildirib. Ayı da çöldən yerinə qayıdanda balasından birini görmədiyi üçün kəndə doğru yol alıb.


Təsadüfən toy olan ev də ayının balasını gətirən şəxsin qonşuluğunda olur. Ayı mağara öncə sakit şəkildə daxil olsa da, toydakılar onu qıcıqlandırıblar. Bu zaman ayı qarşısına çıxan hər şeyi dağıdır. Hətta bəy və gəlinin qaçdığı da deyilir.


Ayının bala əməliyyatı bununla bitmir. Hadisə zamanı yaralanan Fəridə Nuriyeva onun balasını oğurlayan Rəşid Nuriyevin qızıdır. O, Fəridəni itmiş balasının qoxusundan tanıyaraq evin pilləkənində hücum edir. Kənd sakinləri bildirib ki, Fəridə evdəki ayı balasını qucağına tutduğu üçün iyi üzərində qalıb. Hazırda qızın vəziyyətinin ağır olduğu bildirilir.


Artıq kənd sakinləri ayının balasını yerinə qaytarıblar.


Qeyd edək ki, sözügedən ayı qonur ayıdır, “Qırmızı kitab”a salınıb.






Ayının toya hücumunun şok təfərrüatları [Foto][Video]
Ayının toya hücumunun şok təfərrüatları [Foto][Video]
Ayının toya hücumunun şok təfərrüatları [Foto][Video]
Şərhlər
Hadisə bölməsinin xəbərləri