Yanacaq daşıyan maşının aşması nəticəsində Ələt-Astara magistralı bağlanıb
- 18.11.2016, 12:39,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Lənkəran rayonunun Liman şəhərində yol-nəqliyyat hadisəsi baş verib. APA-nın xəbərinə görə, Ələt-Astara magistralının Liman şəhərindən keçən hissəsində “Ford” markalı mikroavtobusla ZİL markalı benzin daşıyan maşınla toqquşub.
Güclü zərbədən ZİL markalı maşın aşıb, benzin yola dağılıb.
Hazırda Ələt-Astara magistralı bağlanıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəlib, yola dağılan yanacağın təmizlənməsi üçün tədbirlər görülür.