Bakıda üstünə darvaza düşən 10 yaşlı uşaq ölüb

Bakıda 10 yaşlı uşaq faciəli şəkildə ölüb.

Sabunçu rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə noyabrın 12-də rayonun Pirşağı qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 10 yaşlı Nurlan Bədəllinin üzərinə həyətlərindəki dəmir darvaza düşüb. Nəticədə uşaq aldığı xəsarətdən noyabrın 17-də xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri