Müğənni Selami Şahin gəlini, müğənni İrem Dericinin “Altın Kelebek”in açılış və bağlanış mərasimində geyindiyi qalmaqallı libasa münasibət bildirib.
Live.az qafqazinfo-ya istinadən xəbər verir ki, sənətçinin gələcək qayınatası ötən gün jurnalistlərə açıqlama verib.
Şahin bildirib ki, İreminin heç bir geyiminə qarışmır:
“Bu barədə bir şey deyə bilmərəm. İnsan həyatını özü yaşayır, istədiyi kimi də geyinər. İrem Dericinin geyiminə hər kəs fərqli şərh verir. Oğlumun 31 yaşı var. Övladlarımla dost kimiyəm, onlara qarışmıram”.