İlkin Həsəni toyunun vaxtını açıqladı

İlkin Həsəni toyunun vaxtını açıqladı"Bozbash pictures"in rəhbəri İlkin Həsəni şəxsi həyatı ilə bağlı maraqlı etiraflar edib.


İlkin Həsəni teleqraf-a açıqlamasında toyunun yazda olacağını açıqlayıb: "Toyum, inşallah, yazda olacaq. Mətbuata qapalı olsa da, sosial şəbəkələrdə fotolar yerləşdiriləcək. Şəxsi həyatımın mətbuatda çox işıqlandırılmasını istəmirəm. Çünki bu, mənim həyatımdır. Nişandır, toydur eybi yox. Amma xırda məsələləri qabardıb, xəbər düzəltmək xoşuma gəlmir".


İlkin Həsəni nişanlısı Aysel xanıma qadağasından da danışıb: "Artıq mənim xasiyyətimi bilir. Hətta jurnalist dostlarımız da bilir ki, nəyi xəbər etmək olar, nəyi olmaz? Bu, mənim onlardan xahişimdir. Ona görə də qarşılıqlı bir-birimizi başa düşürük".
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri