Putin və Obama APEC sammitində söhbət ediblər

Perunun paytaxtı Limada keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammitində Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Barak Obama arasında qısa söhbət olub.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov bildirib.

“Sammit çərçivəsində keçirilən iclasın əvvəlində dövlət başçıları bir-birilərini salamlayıb, aralarında qısa söhbət baş tutub. Prezidentlər Ukrayna və Suriyadaki vəziyyəti müzakirə ediblər”, deyə D.Peskov qeyd edib.

Qeyd edək ki, Limadakı sammit Barak Obamanın prezident qismində keçirdiyi son beynəlxalq tədbirdir.
Şərhlər
Dünya bölməsinin xəbərləri