Seçici səslərinin say nisbətinə görə, Hillari Klinton Trampdan 1,5 milyon çox səs toplayıb
- 21.11.2016, 09:31,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
ABŞ-da keçirilmiş president seçkilərində məğlub olan Hilları Klinton seçici səslərinin say nisbətinə görə Donald Trampdan 1,5 milyon çox səs toplayıb.
APA-nın xəbərinə görə, bu barədə ABC telekanalı məlumat verib.
Hazırda ABŞ-da prezident seçkilərinin nəticələrinin hesablanması davam edir. Hilları Klinton indiyədək hesablanmış bülletenlərə əsasən 63 390 669 səs, Donald Tramp isə 61 569 824 səs toplayıb.
Xatırladaq ki, ABŞ-da prezidenti ştatların seçki günü müəyyənləşdirdiyi xüsusi nümayəndələrdən ibarət Seçicilər Kollegiyası seçir. Prezident seçilmək üçün 538 nümayəndədən 270-nin səsini qazanmaq kifayətdir. Donald Tramp Seçicilər Kollegiyasının 276, Hillari Klinton isə 218 səsini toplayıb.