Merkel dördüncü dəfə kansler postu uğrunda mübarizə aparaсağını rəsmən bəyan edib
- 21.11.2016, 09:34,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Angela Merkel 2017-ci ildə Almaniya kansleri postuna namizədliyini irəli sürəcəyini rəsmən bəyan edib.
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, o, bu barədə Berlində jurnalistlərə verdiyi açıqlamada bildirib.
“Çox güman ki, Almaniyanın birləşməsindən sonra bu ən mürəkkəb seçki olacaq”, deyə A.Merkel vurğulayıb.
***
Angela Merkel növbəti seçkilərdə dördüncü dəfə Almaniya kansleri postu uğrunda mübarizə aparmağa hazırdır.
APA-nın məlumatına görə, bu barədə DPA agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.
A. Merkel belə bir bəyanatla bu gün Berlində Xristian-Demokrat Partiyasının qurultayında çıxış edib. Partiyası tərəfindən dəstəklənəcək A. Merkelin bunu yerli vaxtla saat 19.00-da (Bakı vaxtı ilə saat 22.00) keçiriləcək mətbuat konfransında rəsmi olaraq elan edəcəyi gözlənilir.
Qeyd edək ki, Almaniya tarixində 4 dəfə kansler postunu tutmaq Helmut Kola nəsib olub. H. Kol 1982-1998-ci illərdə kansler olub. A. Merkel isə 2005-ci ildən kansler postunu tutur.