Natavanın toyuna Aygün də gedəcək

Natavanın toyuna Aygün də gedəcəkXalq artisti Aygün Kazımova müğənni Natavan Həbibinin toyuna qatılacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə prodüser Tolik “ATV maqazin onlarla” verilişinə açıqlamasında bildirib.

Prodüser N. Həbibinin toyu barədə bəzi detallar açıqlayıb:

“Natavanın xeyir işini Türkiyədə olarkən bilirdim. Onun toyunun təşkilatçısı mən olacam. Natavan istəyir ki, toyunu mətbuata qapalı etsin. Mən isə bununla razılaşmıram. Deyirəm ki, jurnalistlər gəlib xoş gününü işıqlandırsınlar. Birdə gördüz ki, Aygün Kazımovayla Natavanın toyuna getdik. Onların konsertini təşkil edəcəm. 2017-ci ildə layihə reallaşacaq. Aygün və Natavan rəsmən barışıblar”.

Qeyd edək ki, “Nömrə 1” yarışmasında Natavanın Aygünə qalib gəlməsi onların münasibətlərini pisləşdirmişdi. Kazımovanın həmkarının erməni milliyyətinə mənsub olduğunu açıqlamasından sonra N.Həbibi xalq artistini onun şərəf və ləyaqətinin təhqir olunması, işgüzar nüfuza xələl gətirməsi iddiası ilə məhkəməyə vermişdi.

Məhkəmənin qərarına görə, müğənni N.Həbibinin erməni milliyyətinə mənsubluğu barədə yaydığı yalan məlumatı və işlətdiyi təhqiramiz ifadələri təkzib etməli, ondan üzr istəməli idi.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri