Yurgen Klinsman istefaya göndərilib
- 22.11.2016, 10:02,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
ABŞ futbol yığmasının baş məşqçisi Yurgen Klinsman vəzifəsindən kənarlaşdırılıb.
APA-nın məlumatına görə, bu barədə ABŞ Futbol Federasiyasının açıqlamasında bildirilir.
İstefanın səbəbləri hələ ki, açıqlanmır. Ətraflı məlumatın bir qədər sonra veriləcəyi qeyd olunur.
Almaniya millisinin keçmiş hücumçusu 2011-ci ildən ABŞ yığmasına rəhbərlik edirdi.
Ehtimala görə, Futbol Federasiyasının almaniyalı mütəxəssisi millidən uzaqlaşdırmasının əsas səbəbi komandanın DÇ-2018-in seçmə mərhələsində zəif çıxış etməsidir.