Nardaran sakinindən 150 ilin "Mauzer"i götürülüb
- 22.11.2016, 17:22,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Nardaran sakinindən götürülən silahın 150 yaşı olub.
APA-nın məlumatına görə, evindən "Mauzer" markalı tapança və 12 ədəd patron aşkar edilərək götürülən Nardaran qəsəbə sakini Saleh Dadaşov polisə verdiyi ifadəsində həmin silahın ona 1948-ci ildə vəfat etmiş babası Məşədi Dadaşovdan qaldığını bildirib.
***
Nardaranda silah-sursat tapılıb.
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Bakının Sabunçu RPİ 42-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbə sakini Saleh Dadaşovun evinə baxış zamanı "Mauzer" markalı tapança və 12 ədəd patron aşkarlanaraq, götürülüb.