Faiq Ağayevin konsertində monitorların özünəməxsus şousu olacaq
- 23.11.2016, 09:49,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanın xalq artisti Faiq Ağayevin dekabrın 29-u və 30-da Heydər Əliyev Sarayında keçiriləcək "Made in Azerbaijan" adlı iki günlük konserti bir sıra maraqlı məqamlarla əlamətdar olacaq.
Xarici mütəxəssislərin üzərində işlədiyi səhnə dekorasiyaları parlaq video-illüstrasiya və qeyri-adi kompüter qrafikası ilə birlikdə LED-ekranlardan təşkil olunacaq. Artistin ifası zamanı monitorların özünəməxsus şousu bayram gecələrinə qeyri-adi qavrayış gətirəcək və yenilik olacaq!
Konsert proqramında 20-dən çox kompozisiya təqdim ediləcək və tamaşaçılar onların arasında 90-cı illərin hitlərinin kaver-versiyalarını eşidəcəklər.
Maraqlıdır ki, F.Ağayev Heydər Əliyev Sarayının səhnəsində üç ildir solo konsertlə çıxış etməyib. O, daha əvvəl yaradıcılığının pərəstişkarları üçün başa çatmaqda olan ilin son günlərində ənənəvi musiqi bayramı təşkil edirdi. Məlum olduğu kimi, F.Ağayev dekabrın 29-da ad gününü qeyd edir və bu il onun 45 yaşı tamam olur. Üstəlik, 31 dekabr tarixi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilir. "Made in Azerbaijan" konserti məhz bu əlamətdar tarixlərə həsr olunacaq.
Milli.Az