Yataq səhnələrində çəkilməkdən imtina etdi - 10 milyon dollar təzminat istəyirlər
- 23.11.2016, 13:46,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Amerikalı aktrisa Ember Herd keçmiş əri, aktyor Coni Deppdən boşanma ərəfəsində yeni qalmaqalla üzləşib.
“Qafqazinfo” “Spletnik.ru”ya istinadən xəbər verir ki, “London tarlaları” (“London fields”) filminin prodüserləri 30 yaşlı aktrisanı məhkəməyə veriblər. Artıq Emberə məhkəmədən bildiriş də göndərilib.
Aktrisa filmi çəkən şirkətlə bağladığı müqavilənin şərtlərinə əməl etməməkdə təqsirləndirilir. Belə ki, o, ssenari ilə öncədən tanış olsa da, sonradan yataq səhnələrində, ümumiyyətlə çılpaq olacağı kadrlarda çəkilməkdən imtina edib. Buna görə də prodüserlər ondan 10 milyon dollar təzminat tələb edirlər.
Ember Herdin mətbuat xidməti xəbəri şərh etməyib.