Gəncədə 3 yaşlı uşağı elektrik cərəyanı vurub

Gəncədə həyətində oynayan uşağı elektrik cərəyanı vurub.


APA-nın qərb bürosunun məlumatına görə, hadisə şəhərin Mircəlal Paşayev küçəsində baş verib. 2010-cu il təvəllüdlü Asimə Rauf qızı Ələkbərova həyətdə oynayarkən ehtiyatsızlıqdan elektrik naqilinə toxunub və ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.


Uşağı xilas etmək mümkün olub.


Hazırda onun vəziyyətinin normal olduğu bildirilir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri