Qobustanda minik maşını “Shacman”a çırpılıb, üç nəfər ölüb
- 24.11.2016, 10:11,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı-Ələt magistral avtomobil yolunun 48-ci kilometrliyində, Qaradağ rayonu Qobustan qəsəbəsində “Opel” markalı minik avtomobilinin dayanmış vəziyyətdə olan “Shacman” markalı yük avtomobilinə çırpılması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olub.
APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 3 nəfərin cəsədini çıxararaq, aidiyyəti üzrə təhvil veriblər.
Ölənlərdən biri kişi, biri qadın, biri isə uşaqdır.