Bakıda ana və iki uşağını öldürən sürücüyə 9 illik həbs cəzası verilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyatı hadisəsi törətməkdə təqsirləndirilən Orxan Heydərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Hökmə əsasən, O. Heydərov 9 il müddətinə azadlıqdan məhrum edilib.


Qeyd edək ki, hadisə Xətai rayonunun Nobel prospektində bu il iyulun 15-də saat 17:00 radələrində baş verib. Bakı şəhər sakini O.Heydərov idarə etdiyi "Chevrolet" markalı avtomobillə yolu keçən paytaxt sakinləri Sənubər Qardaşxanovanı, onun azyaşlı oğlu Mehini və azyaşlı qızı Mələyi vurub. Hər üç piyada hadisə yerində ölüb.


Heydərov Xətai Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən saxlanılıb.
Şərhlər
Sosial bölməsinin xəbərləri