Cahangir Hacıyevin bacanağının şikayəti təmin edilməyib
- 26.11.2016, 11:28,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakı Apellyasiya Məhkəməsində mənimsəmədə təqsirləndirilən “İntertobakko” Zaqatala Tütün Emalı Zavodunun sabiq direktoru İsmayıl Hidayətzadənin apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
APA-nın məlumatına görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, şikayət təmin edilməyib.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ. Hidayətzadə 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan İ. Hidayətzadə apellyasiya şikayəti verərək azadlığa buraxılmasını istəyib. O, 2015-ci ildə saxlanılıb və "Azərbaycan Beynəlxalq Bankı" ASC-dən 100 milyon dollar kredit götürərək mənimsəməkdə təqsirləndirilib. İ. Hidayətzadə "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin keçmiş sədri Cahangir Hacıyevin bacanağıdır.