Azərbaycanda tütün, tütün məmulatları və onlara aid ləvazimatların reklamı qadağan edilir
- 26.06.2013, 00:52,
- Cəmiyyət / Vacib
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanda tütün və tütün məhsullarının, hətta bunlar haqqında məlumatların reklamı bütün hallarda ölkə ərazisində qadağan edilir.
Milli Məclisdən APA-ya verilən məlumata görə, bu yeni hazırlanmış “Reklam haqqında” qanunda əksini tapıb.
Yeni qanunun 28-ci maddəsində deyilir ki, tütün, tütün məlumatları və onların ləvazimatlarının, o cümlədən tənbəki çubuqlarının, qəlyanların, elektron siqaretlərin, siqaret kağızlarının, alışqanlarının reklamı bütün hallarda qadağandır.
Qanun layihəsi Milli Məclisi növbədənkənar sessiyasının növbəti plenar iclasında müzakirəyə çıxarılacaq.