Lənkəranda altı gün əvvəl ahıl ər-arvadı öldürməkdə şübhəli bilinən şəxs tutulub
- 28.11.2016, 11:03,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Lənkəranda ötən həftə ahıl ər-arvadı öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.
APA-nın xəbərinə görə, Lənkəran sakini Fəqan Mikayılovun dünən gecə tutulduğu bildirilir.
Qeyd edək ki, noyabrın 22-də Lənkəran şəhərinin Şəhidlər xiyabanı 10 ünvanında yaşayan 1939-cu il təvəllüdlü Aydın Mirzəli oğlu Allahverdiyev və onun həyat yoldaşı 1941-ci il təvəllüdlü Azadə Rəcəb qızı Allahverdiyevanın meyiti tapılıb.
Hər iki şəxsin bədənində və baş nahiyələrində xəsarətlər aşkarlanıb.
Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinin yekun rəyində onların öldürüldüyü qeyd olunub.