Nənə və nəvə dəm qazından zəhərlənib, onlardan biri ölüb
- 28.11.2016, 11:04,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakıda nənə və nəvə dəm qazından zəhərlənib.
Qaradağ rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Səngəçal qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 50 yaşlı Səmayə Nəsirova yaşadığı evin hamamında nəvəsi, 6 yaşlı Nərmin Məmmədovanı çimizdirərkən hər ikisi dəm qazından zəhərlənib. S. Nəsirova boğularaq ölüb, N. Məmmədova isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.