"JPMorgan" əlverişli müqavilələr üçün çinli məmurların qohumlarını işə götürüb

ABŞ-ın "JPMorgan" bankı ötən həftə bu ölkənin Ədliyyə Nazirliyi və Qiymətli Kağızlar və Birjalar üzrə Komissiyası ilə $264 mln. məbləğində cərimənin ödənilməsinə dair razılığa gəlib.

APA "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, buna səbəb bankın Çindən olan məmurlara rüşvət verməsidir. Bildirilir ki, bank çinli məmurların övladlarını işə götürüb, bunun müqabilində isə əlverişli müqavilələrin imzalanmasına nail olub.

ABŞ-ın adları çəkilən qurumları bununla bağlı 3 il ərzində araşdırma aparıb.

"Bloomberg" yazır ki, analoji araşdırma daha 5 banka qarşı aparılır.

Ümumilikdə "JPMorgan" çinli məmurların 200-dən çox qohumunu işə götürüb. Bunun hesabına bank əlavə olaraq $100 mln. gəlir əldə edib.

O da bildirilir ki, iş götürülən məmur qohumlarının çoxu qeyri-peşəkar olub. Onlarla müqavilələr yanvarın ortasından dekabrın ortasınadək bağlanılıb. Bunun hesabına həmin şəxslərin adları ştat siyahısında olmayıb.

Təyinatlar 2006-cı ildən 2012-ci ilədək baş verib.
Şərhlər
Dünya bölməsinin xəbərləri