Narkotik alveri edən Lənkəran sakini tutulub

Lənkəran Şəhər-Rayon Polis Şöbəsi (ŞRPŞ) əməkdaşları rayonun Səpnəkəran kənd sakini, 23 yaşlı Sahil Səfail oğlu Rzayev şübhəli şəxs qismində saxlayıblar. Bu barədə APA-ya ənkəran ŞRPŞ-nin istintaq bölməsinin rəisi Polad Mehdiyev məlumat verib. Onun sözlərinə görə, ilkin araşdırmalardan sonra məlum olub ki, Sahil Rzayev yaşadığı evin həyətdə külli miqdarda narkotik tərkibli marixuananı becərərək, qurudub. Daha sonra əldə etdiyi 400 qram narkotik maddəni 40 ədəd kibrit qutusuna yerləşdirərək onu qara bazarda satmağa cəhd göstərərkən tutulub.


Saxlanılan şəxs ilkin ifadəsində bildirib ki, narkotik vasitə olan marixuananın tumunu yolda təsadüfən tapıb və onu həyətyanı torpağında əkərək becərib, satmaqda məqsədi isə xəstə atasını müalicə etdirmək olub.


Faktla bağlı Lənkəran ŞRPŞ-də cinayət işi açılıb, araşdırma aparılır. Saxlanılan S.Rzayev barəsində Lənkəran rayon məhkəməsi tərəfindən 2 ay müddətinə həbs qəti-imkan tədbiri seçilib.
Şərhlər
Hadisə bölməsinin xəbərləri