Berti Foqts: “Orda buna yaxşı baxmırlar”

Berti Foqts: “Orda buna yaxşı baxmırlar”“Yurgen Klinsmann kifayət qədər ünsiyyətcil insandı. Amma bu xasiyyət heç də həmişə yaxşı deyil”. APA-nın məlumatına görə, bu sözləri Azərbaycan millisinin sabiq baş məşqçisi Berti Foqts deyib.

Son iş yeri ABŞ yığması olan almaniyalı mütəxəssis məsləhətçisi olduğu baş məşqçi Yurgen Klinsmannın komandadan qovulmasından danışıb. Foqts bildirib ki, sabiq yetirmələrinin futbolçu seçimi amerikalıların narazılığına səbəb olub: “Klinsmann öz futbol üslubu olan mütəxəssislərdəndi. Onun milli komandaya ölkə xaricində çıxış edən futbolçuları dəvət etməsi və bunu əsaslandırması yerli futbol assosiasiyası və MLS rəhbərliyini qəzəbləndirirdi. Xaricdən səviyyəli oyunçunun cəlb edilməsinə orda heç də yaxşı baxmırlar”.

Qeyd edək ki, Klinsmann DÇ-2018-in seçmə mərhələsinin startındakı uğursuzluqdan sonra vəzifəsindən kənarlaşdırılıb.
Şərhlər
İdman bölməsinin xəbərləri