Maqnus Karlsen yenidən şahmat üzrə dünya çempionu olub

Maqnus Karlsen yenidən şahmat üzrə dünya çempionu olubNorveçli Maqnus Karlsen şahmat üzrə dünya çempionu olub.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, o, rusiyalı Sergey Karyakini 4-cü tay-breyk görüşündə məğlub edərək dünya çempionu titulunu qoruyub saxlaya bilib.

Beləliklə, şahmat tacı uğrunda Nyu-Yorkda keçirilən matç 9:7 hesabı ilə 26 yaşlı Norveç təmsilçisinin qələbəsi ilə nəticələnib.

Qeyd edək ki, 2013-cü ildə Maqnus Karlsen hindistanlı Vişvanatan Anandı məğlub edərək 16-cı dünya çempionu olub.
Şərhlər
İdman bölməsinin xəbərləri