Dağlıq Qarabağ münaqişəsinin həlli Rusiyanın yeni xarici siyasət konsepsiyasına daxil edilib

Rusiya postsovet məkanında mövcud olan münaqişələrin siyasi-diplomatik yolla həllinin fəal tərəfdarıdır.

APA-nın verdiyi məlumata görə, bu məqam Rusiya Federasiyasının yeni xarici siyasət konsepsiyasında qeyd olunub.

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yeni xarici siyasət konsepsiyasının regional prioritetləri bölümünə salınıb. Həmin bölümdə qeyd olunur ki, Rusiya digər həmsədr ölkələrlə birlikdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı mövcud çoxtərəfli danışıqlar mexanizminə Rusiya, ABŞ və Fransa prezidentlərinin 2009-2013-cü illərdə birgə bəyanatlarında qeyd olunmuş prinsiplər əsasında yardım edir.

Qeyd edək ki, yeni konsepsiya prezident Putin tərəfindən təsdiqlənib.
Şərhlər
Siyasət bölməsinin xəbərləri