Tramp ABŞ-ın müdafiə naziri postuna kimi təyin edəcəyini açıqlayıb

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp müdafiə naziri postuna “Quduz köpək” ləqəbi ilə tanınan dəniz piyadalı korpusunun istefada olan generalı Ceyms Mettisi təyin etmək niyyətində olduğunu bəyan edib.

APA-nın “CBS News”a istinadən verdiyi xəbərə görə, Tramp bu barədə tərəfdarları ilə seçkilərdən sonra keçirdiyi ilk görüşdə bildirib.

“Biz “Quduz köpək” Mettisi müdafiə naziri təyin etməyə hazırlaşırıq”, - deyə Tramp bildirib.

O, Mettisin dahi generallardan biri olduğunu bildirib. Tramp Ceyms Mettisi Pentaqon rəhbəri postuna təyin edəcəyini rəsmi olaraq dekabrın 5-də bəyan edəcək.

Qeyd edək ki, Ceyms Mettis Rusiya prezidenti Vladimir Putinin qızğın tənqidçisi kimi tanınır.

“Quduz köpək” dəfələrlə Rusiyanı “yırtıcı” dövlət adlandırıb.
Şərhlər
Dünya bölməsinin xəbərləri