Müdafiə Nazirliyindən cavab: Düşmənin təxribatlarının qarşısı qətiyyətlə alınır

Müdafiə Nazirliyi cəbhə bölgəsində düşmənlə təmas xəttində gərginliyin yaranması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Nazirliyin mətbuat xidmətindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, erməni silahlı bölmələrinin təxribatlarının qarşısı qətiyyətlə alınır:

“Düşmənlə qarşıdurma xəttində əməliyyat şəraiti Silahlı Qüvvələrimizin tam nəzarətindədir”.
Şərhlər