Mərkəzi Bankın valyuta ehtiyatlarının artımı bərpa olunub
- 04.12.2016, 21:38,
- Iqtisadiyyat / Vacib
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
2016-ci ilin noyabr ayında Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları oktyabr ayı ilə müqayisədə 5,5 milyon dollar (0,14 faiz) artaraq 4 011 milyon dollara çatıb.
Bu barədə Trend Mərkəzi Bankın saytında yerləşdirilmiş statistik məlumatlara əsasən bildirir.
İlin əvvəlindən Mərkəzi Bankın valyuta ehtiyatları 1005,7 milyon dollar və ya 20,05 faiz azalıb.
Qeyd edək ki, AMB-nin ehtiyatları 2014-cü ildən azalmağa başlayıb.