İtaliyanın baş naziri istefa verəcəyini bəyan edib
- 05.12.2016, 10:21,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
İtaliyanın baş naziri Matteo Renzi istefa verəcəyini bildirib.
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bunu baş nazir İtaliya konstitusiyasına dəyişikliklərə dair referendumun yekunlarına həsr olunmuş mətbaut konfransında bəyan edib.
“Məğlub olduğumu etiraf edirəm. Bu gün Nazirlər kabinetinin iclasını çağıracam, sonra isə ölkə prezidentinə istefa ərizəmi təqdim edəcəm”, deyə M.Renzi bildirib.
Ekzit-polların nəticələrinə əsasən, referendumda iştirak edənlərin 59,1 faizi baş nazirin təkliflərinin əleyhinə səs verib. Təkliflər, ilk növbədə, dövlət hakimiyyət orqanları sistemində Senatın rol və funksiyasının dəyişilməsini nəzərdə tuturdu. Referendumda səsvermə hüqüquna malik İtaliya vətəndaşlarının 68 faizi iştirak edib.