Fransanın yeni baş nazirinin adı məlum olub

Fransa baş naziri postuna daxili işlər naziri Bernar Kaznev təyin olunub.

APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə Yelisey sarayından verilən məlumatda deyilir.

Müvafiq qərar baş nazir Manuel Valsın istefaya getməsindən sonra qəbul olunub.

Qeyd edək ki, M. Vals sosialistlərin praymerizində iştirak etmək üçün bu addımı atıb.
Şərhlər
Siyasət bölməsinin xəbərləri