Azərbaycanlı müğənnilər Moskvada çıxış ediblər
- 07.12.2016, 13:03,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Moskvada Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) VII forumu keçirilib.
AMOR-un VII Forumu ötən gün Crocus Sərgi Mərkəzində baş tutub. Forumun sonunda Rusiya və Azərbaycan estrada ulduzlarının iştirakı ilə böyük konsert proqramı təşkil olunub.
Konsertdə xalq artisti Zülfiyyə Xanbabayeva, müğənni və bəstəkar Emin Ağalarov, əməkdar artist Tünzalə Ağayeva, müğənnilər Xəyyam Nisanov, Miri Yusif, Səmra Rəhimli, aparıcılar Hacı Nuran və "Qarabağ" rəqs ansanblı iştirak edib.
Qeyd edək ki, AMOR-un sədri Leyla Əliyevanın qərarı ilə təşkilatın növbəti forumunun keçirilməsi qərara alınıb. Foruma 500-də çox nümayəndə, fəxri qonaqlar, Rusiya və Azərbaycanın rəsmi şəxsləri qatılıb. Bundan başqa forumda AMOR-un Rusiyanın 62 regional bölməsindən olan fəalları, Azərbaycan diasporunun və Rusiyadakı gənclər təşkilatlarının nümayəndələri iştirak edib.