Egemen Bağış: Ankara Almaniyanın Türkiyə və Aİ arasında danışıqların irəliləyişinə mane olmasını cavabsız qoymaycaq
- 26.06.2013, 11:21,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Ankara Almaniyanın Türkiyənin Avropa İttifaqına (Aİ) daxil olmasına dair danışıqların yeni mərhələsinə mane olmaq üçün atdığı addımları cavabsız qoymayacaq.
Trend-in çərşənbə axşamı "Habertürk" qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin Aİ işləri üzrə naziri Egemen Bağış deyib.
Nazirin sözlərinə görə, Türkiyə və Almaniyanın bir-birlərinə ehtiyacı var, əgər Almaniya Türkiyə və Aİ arasında danışıqların yeni mərhələsinə keçidini tam əngəlləyərsə, bu, ədalətsiz qərar olacaq.