ABŞ-da 6,5 bal gücündə zəlzələ baş verib
- 08.12.2016, 22:20,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
ABŞ-ın Kaliforniya ştatı sahillərində 6,5 bal gücündə zəlzələ baş verib.
APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Geoloji Xidmətinin məlumatında bildirilir.
Məlumata görə, yeraltı təkanlar Bakı vaxtı ilə 18.49-da qeydə alınıb. Zəlzələnin episentri Ferndeyl şəhərindən 165 km qərbdə, 10 km dərinlikdə qeydə alınıb.
Dağıntılar barədə məlumat verilmir. Sunami haqqında xəbərdarlığa dair hələlik məlumat verilməyib.