UEFA reytinqi: Azərbaycan avrokuboklara 23-cü ölkə kimi başlaya bilər

Azərbaycan avrokubokların 2017/18 mövsümünə qitənin 23-cü ölkəsi kimi başlaya bilər. APA-nın məlumatına görə, buna bizim üçün başa çatan 2016/17 mövsümünün ilk yarısının nəticələri səbəb olub.

Hazırda UEFA reytinqində 26-cı olan ölkəmiz yeni mövsüm ərəfəsində 3 pillə irəli düşməyə yaxındı.

Belə ki, ölkələrin son 5 mövsüm üçün nəticələrini hesablayan qurum gələn ilin yayında 2012/13 mövsümünün nəticələrini siləcək. Yəni, artıq 2013/14-dən 2017/18-dək (hər ikisi daxil olmaqla) olan dövr nəzərə alınacaq. Başa çatmış olacaq 4 mövsümə yenisi əlavə ediləcək.

Bu yolla 3,000 xal itirəcək Azərbaycanın hesabında 14,750 xal qalacaq. Nəticədə mövsümə 23-cü pillədə başlayacaq ölkəmiz hazırda geri qaldığı İsveç, Kipr, Norveç, hətta Şotlandiyadan öndə qərarlaşacaq.

Qeyd edək ki, komandası mübarizəni davam etdirən ölkələr Azərbaycanın mövqeyinə təsir edə bilər.
Şərhlər
İdman bölməsinin xəbərləri