İstanbuldakı terrorda ölənlərin sayı 38-ə çatıb

İstanbulun Beşiktaş rayonunda baş vermiş terror hadisəsi zamanı ölənlərin sayı 38 nəfərə çatıb.

APA-nın məlumatına görə, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.

S. Soylu deyib ki, şəhid olanlardan 31-I polis əməkdaşıdır. O, ölənlərdən birinin kimliyinin hələlik müəyyənləşmədiyini də qeyd edib.

Nazir qeyd edib ki, hazırda xəstəxanalarda 155 yaralı var, onlardan 14-nün vəziyyəti ağırdır.

S. Soylu hazırda 13 nəfərin şübhəli şəxs qismində saxlanıldığını da vurğulayıb: “İndiyə qədərki araşdırmalar hadisəni PKK terror təşkilatının törətdiyini göstərir”.

Nazir bu gün şəhid polislərdən bir neçəsinin dəfn mərasiminin keçiriləcəyini də qeyd edib.

****


11:07

İstanbulun mərkəzindəki “Vodafon Arena” futbol stadionu yaxınlığında törədilən iki partlayış nəticəsində 27-si polis əməkdaşı olmaqla, 29 nəfər ölüb, yaralananların sayı isə 166 nəfərə çatıb.

APA-nın xəbərinə görə, bu barədə “Anadolu” Türkiyə DİN rəhbəri Süleyman Soyluya istinadən məlumat yayıb. Onun sözlərinə görə, birinci partlayış “Vodafon Arena” stadionunun çıxışı yaxınlığında, polisin toplanma yerində Bakı vaxtı ilə saat 23.29-da baş verib. Partlayış avtomobilə quraşdırılmış, məsafədən idarə olunan partladıcı qurğunun işə salınması vasitəsi ilə törədilib. Bundan 45 saniyə sonra terrorçu-kamikadze Maçka parkı ərazisində üzərindəki partladıcı qurğunu işə salmaqla ikinci partlayışı törədib.

Bundan əvvəl KİV-lər 15 nəfərin öldüyünü, 70 nəfərin yaralandığını bildirirdi.

***** 02.46

İstanbulun mərkəzindəki “Vodafon Arena” futbol stadionu yaxınlığında törədilən iki partlayış nəticəsində yaralananların sayı 70-ə nəfərə çatıb. APA-nın xəbərinə görə, bu barədə NTV telekanalı məlumat yayıb.

Qeyd edək ki, Türkiyə DİN rəhbəri Süleyman Soylu İstanbulda iki partlayışın törədildiyini təsdiqləyib: “Partlayışlardan birinin kamikadze tərəfindən törədildiyi ehtimal olunur”.

“Məlumatımıza görə, iki partlayış törədilib. Onlardan biri kamikadze tərəfindən törədilə bilər. İkinci partlayışda minalanmış avtomobildən istifadə edilib, çünki bu daha güclü olub. Həlak olanlarla bağlı bir qədər sonra açıqlama veriləcək”, - deyə Süleyman Soylu bildirib.

“Al Jazeera Turk” telekanalı partlayış nəticəsində azı 15 nəfərin, "Röyters" isə 13 nəfərin öldüyünü iddia edir. Rəsmi qurumlar bu xəbəri təsdiqləmir.
.....

İstanbulun Beşiktaş rayonunda partlayış baş verib. APA-nın Türkiyə nətbuatına istinadən verdiyi xəbərə görə, hadisə Maçka parkı yaxınlığında baş verib.

Partlayışdan sonra ərazidə yanğın baş verib. Hadisə yerinə cəlb edilmiş yanğınsöndürənlər alovun söndürülməsi istiqamətində tədbirlər görür. DİN rəhbəri Süleyman Soylu partlayış nəticəsində 20 nəfərin yaraıandığını bildirib.

İnsident nəticəsində xəsarət alanların olub-olmaması barədə məlumat verilmir. NTV telekanalının məlumatına görə, ilkin məlumata əsasən, minalanmış avtomobil partladılmaqla terror aktı törədilib.


Hadisə şahidləri iki partlayışın baş verdiyini bildirir.





Şərhlər
Dünya bölməsinin xəbərləri