Nigeriyada kilsədə damın uçması nəticəsində 200-dək dindarın öldüyü ehtimal olunur
- 11.12.2016, 11:50,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Nigeriyanın Uyo şəhərində yerləşən kilsədə damın uçması nəticəsində 200-dək dindarın öldüyü ehtimal olunur.
APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, yerli mətbuat insident nəticəsində 50-200 dindarın öldüyünü bildirir.
Bundan əvvəl 60 nəfərin öldüyü bildirilirdi.
Məlumata görə, dekabrın 11-də məbəddə dini ayinin keçirilməsi planlaşdırılıbmış, lakin kilsənin tikintisində gecikmə baş verib. Bu səbəbdən fəhlələr tikinti qaydalarında ciddi nöqsanlara yol verərək işləri sürətləndiriblər.
İnsident baş verən an kilsədə yüzlərlə dindar olub. Dəmir konstruksiyalardan ibarət dam örtüyünün qalıqları altında ölənlərin sayının artacağı istisna olunmur.