Ekvadorda yarım milyard dollar dəyərində kokain müsadirə edilib
- 11.12.2016, 11:50,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Ekvador polisi 480 mln. dollar dəyərində 12 tonadək narkotik vasitə olan kokain müsadirə edib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ekvador DİN rəhbəri Diyeqo Fuentes bildirib.
Məlumata görə, konteynerlərə yerləşdirilən yük Quayakil limanında aşkarlanıb. Narkotik vasitə 3200 duz kisəsindən 474-də aşkarlanıb. Bu kisələrin hər birində 25 kiloqramadək kokainin olduğu müəyyən edilib.
Yükün Belçikaya yola salınması planlaşdırılırmış.
İxrac şirkətinin nümayəndəsi yüklə birlikdə saxlanılıb.
Ekvadorda cari ilin əvvəlindən 102 ton müxtəlif narkotik vasitələri müsadirə edilib.