Ərdoğan: “İstanbuldakı terror aktları maksimum sayda insan öldürmək məqsədi ilə törədilib”
- 11.12.2016, 11:51,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan İstanbuldakı terror aktlarının maksimum sayda insan öldürmək məqsədi ilə törədildiyini bildirib.
APA-nın xəbərinə görə, bunu Ərdoğan İstanbulda törədilən partlayışlarla əlaqədar bəyanatənda bildrib.
“Bu gecə biz növbəti dəfə terrorun alçaq üzünü gördük. Aydındır ki, “Beşiktaş”-“Bursaspor” matçından dərhal sonra törədilən terror aktının məqsədi xeyli sayda insanı məhv etmək olub. Təəssüflər olsun ki, ölən və yaralananlar var”, - deyə bəyanatda bildirilir.